Ödəniş qaydaları

Redaksiya № 1.0 · 26 oktyabr 2026

1. Ümumi

1.1. Bu qaydalar Butikimin ödənişli xidmətlərinə (elan yeri, video yeri, paket, reklam) aiddir və İstifadəçi razılaşmasının ayrılmaz hissəsidir.

1.2. Butikim məhsul satmır. Elandakı məhsulun ödənişi elan sahibi ilə istifadəçi arasında, Butikimdən kənarda aparılır və bu qaydalara aid deyil.

1.3. Xidmət göstərən: BUTİKİM MMC, VÖEN 1203830751, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi.

2. Balans

2.1. Ödənişli xidmətlər balansdan ödənilir. Balans tətbiqdə bank kartı ilə artırılır.

2.2. Balans yalnız Butikimin ödənişli xidmətləri üçün istifadə olunur.

2.3. Balans və əməliyyatların tarixçəsi tətbiqdə «Balansım» bölməsində göstərilir.

3. Balansın artırılması

3.1. Ödəniş PAŞA Bank-ın ödəniş səhifəsində aparılır. Visa və Mastercard kartları qəbul olunur.

  • tətbiqdə məbləği seçin;
  • açılan bank səhifəsində kart məlumatlarını daxil edib ödənişi təsdiqləyin;
  • ödəniş təsdiqləndikdən sonra məbləğ balansa avtomatik əlavə olunur.

3.2. Kart məlumatları Butikimə ötürülmür və saxlanılmır — onları yalnız bank emal edir. Bağlantı şifrələnmiş kanalla aparılır.

3.3. Kartdan məbləğ çıxılıb, amma balansa əlavə olunmayıbsa, sistem ödənişi bankla avtomatik yoxlayır. Balans yenə də artmayıbsa, ödənişin tarixi və məbləği ilə bizə müraciət edin.

4. Xidmətin alınması

4.1. Xidmətlərin aktual qiyməti Qiymətlər səhifəsində və alış zamanı tətbiqdə göstərilir. Alış anında göstərilən qiymət keçərlidir. Qiymətlərə ƏDV daxildir.

4.2. Balans kifayət etmədikdə xidmət alınmır — əvvəlcə balans artırılmalıdır.

4.3. Xidmət balansdan ödəniş edildiyi anda aktivləşir.

5. Geri qaytarma

5.1. Aktivləşdirilmiş xidmətin məbləği geri qaytarılmır.

5.2. Elan vaxtından əvvəl silindikdə, dayandırıldıqda və ya Qaydaları pozduğu üçün silindikdə ödənilmiş məbləğ geri qaytarılmır.

5.3. Texniki nasazlıq səbəbindən xidmət göstərilmədikdə məsələ fərdi qaydada həll olunur.

5.4. Hesab silindikdə balansdakı vəsait və aktiv paketlər ləğv olunur və kompensasiya edilmir.

6. Əlaqə

6.1. Ödənişlə bağlı müraciət: info@butikim.az və ya WhatsApp.